Məktəb direktoru rüşvətə görə HƏBS EDİLDİ

image-4backend
image-ad_qayo_720x110px

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki