MİDA evləri ilə bağlı daha bir həbs – “300 min alıb qaçmaq istəyirdi”

image-mida-1backend

Mənzil almaq istəyən bir qrup vətəndaş özünü informasiya texnologiyaları mütəxəssisi kimi təqdim edən şəxs tərəfindən aldadıldıqlarını bildirir.

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən həmin şəxslər Mahir Rəsulov adlı mütəxəssisin müxtəlif vədlər verərək 30-a yaxın vətəndaşın pullarını ələ keçirdiyini deyirlər. Vətəndaşların sözlərinə görə, Mahir Rəsulov tərəfindən idarə olunan və qabaqcadan əlbir olan mütəşəkkil cinayətkar qruplaşma vətəndaşlara, o cümlədən şəhid ailəsinə və hərbçilərə güzəştli şərtlərlə mənzil ala biləcəyini vəd edib.

 

Özünü İT şirkətinin rəhbəri kimi təqdim edən Rəsulov vətəndaşları əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb: “Mahir Rəsulovun dostu Rəfael adlı şəxs özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək Mahirlə birlikdə insanları aldadıb. Təxminən 30 nəfərdən çox adamın 300 min manata qədər pulunu mənimsəyiblər.

Bu işdə pulların bir çox qismi Mahirin anası Rəsulova Şərafət Böyükağa qızının kartına göndərilib. Bunlardan əlavə özünü Mahirin dostu kimi təqdim edən Kadir Çezik adlı Türkiyə vətəndaşı da bir neçə nəfərdən sosial evlərin qazanılması üçün Mahirin adından pul alıb. Mahir pul aldığı şəxslərə bu il martın 30-a MİDA-dan mənzil udaraq onlara verəcəyini vəd edib. Bu iş alınmadıqda Mahir pul aldığı şəxslərə aprelin sonuna kimi pulları qaytaracağını bildirib. Amma daha sonra Türkiyəyə qaçmaq istəyib”.

Çoxsaylı şikayətlər nəticəsində M.Rəsulov saxlanılaraq istintaqa cəlb edilib. Vətəndaşlar həmin şəxsin maddi zərər vurduğu insanların siyahısını da hazırlayıb. Onların tərtib etdiyi cədvəldə iddia olunur ki, tutulan şəxs vətəndaşlara 155 700 manat ziyan vurub. 

Qeyd edək ki, adının anonim qalmasını istəyən bəzi şikayətçilər siyahıda özünü təqdim etməyib. Şikayətçilər hüquq-mühafizə orqanlarından hər hansı şikayətləri olmadığını, sadəcə olaraq pullarının geri qaytarılmasını istədiklərini bildiriblər.

Rəhman 22.500 manat
Seyran 19.100 manat
Mirzəyev Elçin Arif 18.700 manat
Əkbərov Vüsal Ramiz 12.600 manat
Elvin 10.500 manat
Adil 10.000 manat
Elvin 9.500 manat
Şahmar 8.700 manat
Ceyhun 8.500 manat
Elməddin 8.000 manat
Emin 6.300 manat
Saleh 4.000 manat
 Şahin 4.000 manat
Natiq 3.000 manat
Mahal 2.800 manat
 Məmmədəli 2.000 manat
Tural 2.000 manat
Asif 1.500 manat
Rəşad 1.500 manat
Gülarə 1.200 manat
Hüseyn 1.000 manat
Bəturə 8.000  manat
Solmaz 5.500 manat

Əldə etdiyimiz məlumata görə, 2000-ci il təvəllüdlü Mahir Rəsulov barəsində vətəndaşın etibarından sui istifadə etməklə 25 450 manat pulunu almasında dələduzluq əməlinin tərkibi olduğuna görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir. Məhkəmə M.Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun digər dələduzluq əməlləri də olduğu istisna edilmir.

Onunla bağlı istintaq aparılmasına dair məlumatı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90