Mikroneziya Ukrayna üzrə sülh sammitinin kommünikesini imzalayıb.
Busaat.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş sənədi imzalayan ölkələrin yenilənmiş siyahısında məlumat verilib.
Məlumata görə, Ukrayna ilə bağlı İsveçrə sülh sammitinə qatılmayan Mikroneziya , yekun bildirişi imzalayanlara qatılıb.
Qeyd olunur ki, Mikroneziya Antiqua və Barbuda, Barbados , Qayana , Zambiya , Tonqa Krallığı, Malavi və Marşal adalarından sonra konfransda deyil, kommunikeyə qoşulan səkkizinci ölkə olub.