Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

image-milli-meclisbackend

Milli Məclisin bu gün keçirilən payız sessiyasının son iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb. 

Busaat.az  xəbər verir ki, müraciətdə dünya azərbaycanlılarına təbrik ünvanlanıb. Həmçinin qərar layihəsində dünya azərbaycanlılarının əlaqələrinin inkişafından bəhs edilib, Vətən müharibəsində onların qələbəmizə töhvə verməsi qeyd edilib. Xalqın mənafeyinin qorunması istiqamətində dünya azərbaycanlıları fəal mübarizəyə çağırılıb.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90