Milyarder Fərhad Əhmədovdan Şuşa ilə bağlı sensasion təklif – Rusiya mediasında

Milyarder Fərhad Əhmədovdan Şuşa ilə bağlı sensasion təklif – Rusiya mediasındabackend

Milyarder Fərhad Əhmədov Rusiyada “Novıe İzvestiya” qəzetində geniş məqalə dərc edib. Məqalədə Şuşa ilə bağlı da maraqlı məqam yer alıb.

Fərhad Əhmədov bildirir ki:

“Azərbaycan itirilmiş ərazilərini geri qaytardıqdan sonra Qarabağda dinc quruculuq işləri aparılacaq. Şəxsən mən bu əzabkeş torpağa kömək etmək üçün əlimdən gələni etməyə hazıram. O cümlədən, təsadüfi raket zərbəsi nəticəsində Şuşada dağıdılan kilsənin bərpası üçün maliyyə ayırmaq fikrim də var.

 

Bundan əlavə, dünyanın musiqi beşiyi olan Şuşada mütləq musiqi məktəbi inşa etdirəcəyəm. İnanıram ki, həmin məktəbdə həm azərbaycanlı, həm erməni, həm də digər xalqların nümayəndəsi olan uşaqlar birgə təhsil alacaqlar.”

Məqalənin orijinalını buradan oxuya bilərsiniz:

https://newizv.ru/matters/898030/preview?

Sfera.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90