Mirzoyan Yunanıstana şikayətləndi: “Azərbaycanın yeni təcavüzünün təzahürüdür”

image-default-1backend

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Lodzda keçirilən ATƏT Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, XİN başçıları iki qardaş xalq arasındakı əlaqələrə əsaslanaraq, Ermənistan-Yunanıstan qarşılıqlı fəaliyyətinə dair bir sıra məsələləri müzakirə ediblər.

Tərəflər öz regionlarında təhlükəsizlik vəziyyəti və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, eləcə də Qarabağ münaqişəsi ətrafında vəziyyətlə bağlı erməni tərəfinin mövqeyini təqdim edib. Ararat Mirzoyan vurğulayıb ki, Azərbaycan tərəfinin döyüş ritorikası və son vaxtlar ardı-arası kəsilməyən sərhəd təxribatları Azərbaycan silahlı qüvvələrinin yeni təcavüzünün təzahürüdür.

Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini də müzakirə ediblər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90