Mourinyodan rekord

image-mouriniyabackend

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında yeni rekorda imza atıb.

Busaat.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb. 58 yaşlı mütəxəssis buna 7-ci turda evdə “Empoli” ilə matçda nail olub. Onun komandası 2:0 hesabı ilə qalib gəlib. Nəticədə Mourinyo A Seriyasında ardıcıl 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.

Qeyd edək ki, Joze Mourinyo 2008 – 2010-cu illərdə “İnter”i çalışdırıb. O, bu yaydan etibarən “Roma”ya baş məşqçilik edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90