Joze Mourinyo məşqçilik karyerasında mövsümə ən pis start verdi

image-joze-mourinyobackend

Busaat.az xəbər verir ki, sentyabrın 28-də İtaliya A Seriyasının 6-cı turunun “Genoa” – “Roma” oyunu keçirilib. Görüş Genuya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Jurnalist Alfredo Pedullanın saytının yazdığına görə, Joze Mourinyo ilk 6 matçın məsafəsini nəzərə alsaq, məşqçilik karyerasında mövsümə ən pis start verib. Portuqaliyalı mütəxəssisin əvvəlki antirekordu 2015/2016 mövsümündə qeydə alınıb – o zaman Xüsusi Birin rəhbərliyi altında “Çelsi” İngiltərə Premyer Liqasında 7 xal toplayıb.

“Roma”nın altı oyundan beş xalı var və İtaliya A Seriyasında 16-cı yerdədir.

60 yaşlı Mourinyo 2021-ci ilin iyulundan “Roma”da çıxış edir. 2021/2022 mövsümündə mütəxəssis Roma komandası ilə Konfrans Liqasının qalibi olub. Portuqaliyalı məşqçinin İtaliya komandası ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90