“PSJ”nin yarımmüdafiəçisi Renato Sançeş “Roma” ilə icarə müqaviləsi imzalayıb. İtaliya klubunun müəyyən tələblər yerinə yetirildiyi təqdirdə mövsümün sonunda məcburi satınalma opsiyasına malik olacaq.
Busaat.az xəbər verir ki, bu barədə Romalıların mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
“Belə bir böyük kluba keçdiyim üçün çox xoşbəxtəm. Düşünürəm ki, “Roma”da oynamaq mənim üçün mükəmməl seçimdir. İstənilən futbolçunun azarkeş dəstəyini hiss etməsi çox vacibdir. İlk gün onlardan aldığım şey, bu adamların komandaya aşiq olduğunu başa düşdüm. Bu, məni yalnız “Roma” üçün hər şeyi verməyə, bu komanda ilə qalib gəlməyə sövq edəcək”, – deyə klubun mətbuat xidməti Sançeşdən sitat gətirib.
Qeyd edək ki, bu gün “Roma” “PSJ”nin digər yarımmüdafiəçisi argentinalı Leandro Paredesi də heyətinə qatıb.