Avqustun 12-də “Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start veriləcək. Təhsil Nazirliyindən Busaat.az-a bildirilib ki, sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq. Qeyd edək ki, sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir. İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.
MÜHÜM: Təhsil Nazirliyi açıqladı- Sabahdan etibarən…

Bu bölməyə aid digər xəbərlər
“Təkamül Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə…
Türkiyədə davam edən arxeoloji qazıntılar, bərpa işləri və elmi tədqiqatlar ölkənin tarixi irsini daha dərindən anlamağa imkan yaradır.
Yevlax rayonunun Aran qəsəbəsində yerləşən Vüqar Əmiraslanov adına 2 nömrəli tam orta məktəbin 2000-ci il məzunları 25 ildən sonra bir araya gəlib.
Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçala rayonu, Astanlı kənd məktəbində sakinlərlə növbəti vətəndaş qəbulu keçirib. Görüşə gələn sakinlər, əsasən işsizlik…
Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərin xalqımız qarşısında xidmətləri unudulmazdır. Dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın…
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” – Hacıbəy Heydərli
“Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv…