Müraciət yayan qaziyə bu yardımlar edilib – Açıqlama

image-qazaihesenbackend

Vətən müharibəsi qazisi, Xətai rayonunda yaşayan Həsən Mehdiyev sosial şəbəkələrdə maddi yardımla bağlı müraciət edib.

Busaat.az xəbər verir ki, H.Mehdiyev müalicəyə və xaricdə əməliyyata ehtiyacının olduğunu, 1 həftə ərzində əməliyyat edilməsə, bunun daha ağır nəticələrə səbəb olacağını deyib. O, aidiyyəti qurumlar tərəfindən diqqətdən kənar qaldığını, ona yardım edilmədiyini iddia edib. Kart nömrəsini paylaşan qazi əhalidən yardım istəyib.

Mövzu ilə bağlı paylaşım edən tanınmış hərbi ekspert Ədalət Verdiyev videomüraciət yayan qazinin daim diqqətdə saxlanıldığını deyib: “Həsənin döyüşlərdə aşağı ətraflarını itirməsi və növbəti əməliyyat üçün kart nömrəsi paylaşaraq vəsait toplaması, “Qoy desinlər ki, qazi dilənir” cümləsini işlətməsi, bir çoxları kimi məni də dərindən narahat etdi. Həsənin protezsiz videosu bir çox suallar yaradırdı. Əslində Azərbaycan dövlət qurumlarının döyüşlərdə sağlamlığını itirən bir döyüşçüyə bu qədər diqqətsiz yanaşa biləcəyinə əvvəlcədən inanmıram. Mehdiyev Həsən haqqında bəzi araşdırmalar apardım. Həsən 2020-ci il Vətən müharibəsində yaralandığı və orqanizminin fəaliyyəti 81-100 % itirdiyi üçün ona 28 aprel 2021-ci il tarixdən 1-ci qrup əlillik təyin edilib. Buna görə Həsənə hər ay 1245,66 manat sosial vəsait ödənilir. Bunun 745,66 manatı pensiya, 500 manatı isə Prezident təqaüdüdür. 2021-ci ilin ortalarında Həsən ilkin protezləşmə ilə təmin olunub. 2023-cü ilin yanvarında isə Həsənin hər iki aşağı ətrafının protezləri “revofit soket” sistemli yenisi ilə əvəz edilib. Bu müasir ptotezlər ən son nəslə aiddir, istifadəçiyə fərdi tənzimlənmə imkanları verir. Eyni bu protezlərlə biz əlillərimizin yerli və beynəlxalq futbol yarışlarında dəfələrlə böyük hesabla qələbə qazandıqlarının şahidi olmuşuq.

Həsən 2022-ci ilin mart ayında mühərrikli araba ilə təmin olunub. Bundan əlavə olaraq Həsənin ailə üzvlərinin işlə təminatı istiqamətində addımlar atılıb. Həsənin özü 2021-ci ilə qoyunçuluq, atası Rəcəb Mehdiyev isə 2020-ci ildə maldarlıq təsərrüfat zərfi üzrə aktivlərlə təmin olunub. R.Mehdiyev 2022-ci ilin yanvar ayından “DOST İş” MMC-də işlə də təmin olunub.

Həsən 2021-ci ilin sentyabrında minik avtomobillə, 2022-ci ilin dekabrında isə Bakı şəhərinin Ramana qəsəbəsində evlə təmin edilib. Həsən 8800 manat birdəfəlik sığorta ödənişini də alıb. YAŞAT fondu tərəfindən 28609,27 manat yardım edilib.

Həsən bizim hər birimizin kömək etməli olduğumuz, Azərbaycanımız üçün sağlamlığını itirən bir döyüşçüdür. Amma Həsən nədənsə ona göstərilən dövlət qayğısı barədə bir kəlmə işlətmir. Onun çıxışından belə təəssürat yaranır ki, Azərbaycanda kimsə Həsən və onun müalicəsi ilə maraqlanmır, ona və ailəsinə heç bir yardım və kömək edilmir, maşın və ev də verilməyib. Mənə buna bənzər mövzularda çox müraciətlər olunub. Hamısına kömək etməyə və problemi qanunlarımız çərçivəsində daim döyüşçünün maraqlarında həll etməyə çalışmışam. Həsən də kaş müraciət edəydi, ona da bu məsələnin həllində məsləhətlərimi verə bilərdim, müalicəsi üçün addımlar ata bilərdik”.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki