“Kontakt Home-dan fabrikdən xətalı buraxılmış məhsulu geri qaytararaq, ödədiyimiz ödənişi tam olaraq geri aldıq (10 ay istifadə etdikdən sonra, yəni zəmanəti bitmədən). Burada Kontaktdan razılıq postu ola bilərdi, amma..”
Busaat.az xəbər verir ki, bu barədə sosial media istifadəçisi Aynurə Seyidova məlumat yayıb.
Məlumatda Kontak Home-dan narazılıq ifadə edilib. Həmin şikayəti olduğu kimi diqqətinizə çatdırırıq:
“Yerli müəssisələrin bəlkə də ən böyük problemi, şöbələr arasında kommunikasiya problemidir. Bazarda var olmaq üçün müəssisənin qurmaq istədiyi bütün strategiyanı yerbəyer edir və bunun yeganə səbəbi cavabdeh şəxslərin seçib yığdığı səriştəsiz və təlimatsız işçi heyyətidir.
Qurulan yarıtmaz sistemi ilə müştəri xidmətləri, marketinq özünü nə qədər parçalayır-parçalasın nəticə fiasko olur, şirkət həm pul itirir (ana plata dəyişib işi bağlaya bilərdilər), həm də müştəri (daimi müştəri idik, amma day çətin).
Deməli belə,
Oktyabr ayında alınan göstəriciləri kifayət qədər yüksək olan, aldığımız zaman bu sahədə kifayət qədər məlumatı olan adamla məsləhətləşib aldığımız Legion 5 komputerin bir neçə ay sonra prosessoru qızdırmağa başladı, ilk düşündük düzgün istifadə eləmirik, amma bəlli oldu ki, bu istifadəlik deyil, özündə problem var komputerin, üz tutduq Kontaktın yarıtmaz servisinə (Servis Link və AzTS). Servisə komputeri verən zaman, məqsədimiz sadəcə xətanın aradan qaldırılması idi. Komputer uzun müddət servisdə qaldıqdan sonra, bizə yazdılar ki, bəs gəlin aparın düzəltmişik. Təhvil alan zaman dedilər ki, tozlanmışdı sildik, yoxladıq normal işləyir. Yoxlamaq üçün komputer açdıqda, bəlli olduki ümümən bu komputere baxılmayıb (windows video karta update istədi komputer, hansı ki, servis yoxlaması üçün onu mütləq update eləməli idi, bəllidiki heç açmayıblar da). Nəysə etiraz elədik, dedilər qoyun 1 də baxarıq. Uzun müddət yenə komputer qaldı servisdə, əlaqə saxlayan zaman telefonun digər tərəfindəki xanım, dedi ki, bəs komputer gül kimi işləyir, yoxlamışıq, sadəcə “havalar isti keçir, bu modellər də “nazlı-mazlıdı” hava isti olanda tıncıxır işləməyə axotu olmur”, qısası bizimlə məsxərə etdilər və məhsulda problem yoxdu rəyini verdilər.
Dostların məsləhəti ilə bu servisdən əlimizi üzdük, əlavə ödəniş edərək, Lenovanın ölkəmizdə DİVİ servisə müraciət edib, rəy vermələrini istədik, orda da bir müddət qaldıqdan sonra, servis aşkar etdi ki, ana platasında problem var və dəyişməlidi. Rəyi alıb kontakta müraciət etdikdən sonra möhtəşəm servisləri axır ki, qəbul elədi ki, bəli problem ana platadı və bəxş edirmiş kimi, dedilər ki, dəyişə bilərik. Təbii ki, qəbul eləmədik və ödənişi geri istədik.
Məsələ servisdən çıxıb müştəri xidmətlərinə keçdiyi zaman, heç bir problem çıxarmadan ödədiyimiz ödənişi tam şəkildə geri qaytardılar.
Bu proses həm əsəblərimizi, həm vaxtımızı aldı, həm də bu proses zamanı işlərimiz ləngidi”.