NATO Parlament Assambleyası Ukraynanın Rusiya ərazisinə alyans silahları ilə hücum etməsinə icazə verib.
Busaat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Assambleya iştirakçıları bəyan ediblər ki, Kiyev Rusiya ərazisindəki qanuni hədəflərə zərbələr endirə bilər.
Doqquz ölkə bu təşəbbüsə qarşı çıxıb.
Bundan əlavə, müharibədə Ukraynaya dəstək olmaq səs çoxluğu ilə qəbul edilib.
NATO Parlament Assambleyasının yaz sessiyasında alyans ölkələrindən və 25 tərəfdaş ölkədən 400-ə yaxın parlamentari iştirak edib.
Müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Kiyevə dəstək kontekstində və alyansın Vaşinqtonda keçiriləcək sammitinin prioritetləri müzakirə edilib.