NATO və Avropa İttifaqı Moldovanı yeni hərbi texnika ilə təchiz edəcək

image-thumb600x0-28backend

2023-cü ildə Moldova NATO və Avropa İttifaqından yeni hərbi texnika alacaq.

Bunu Moldovanın müdafiə naziri Anatoli Nosatiy deyib.

Nazirin sözlərinə görə, Avropa İttifaqı Moldova ordusuna maddi-texniki təminat, mobillik, komanda-nəzarət, kibermüdafiə və digər sahələrdə potensialın gücləndirilməsi məqsədilə 40 milyon avro dəyərində hərbi texnikanın verilməsi barədə qərar qəbul edib.

Anatoli Nosatiy bildirib ki, hərbi texnikaları istehsal edən şirkətlərin mütəxəssisləri moldovalı hərbçilərə təlimlər keçəcəklər.

“Hələlik mən sizə bu mütəxəssislərin hansı ölkədən gələcəyini deyə bilmərəm, çünki qeyd etdiyiniz layihə təxminən 2023-cü ildə başlyacaq”, – deyə Nosatiy əlavə edib.

Nazir qeyd edib ki, hazırda avadanlıq istehsalçılarının seçimi prosesi gedir. İstehsal olunduqdan sonra hərbi texnika ölkəmizə gətiriləcək. Hər şey yeni olacaq və yalnız Moldova Respublikasına həsr olunmuş proqram üçün istehsal ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90