Navalnı azadlıqdan məhrum edildi – QƏRAR

image-1612288539_a7e93cf4-65b0-3719-9275-508ac735614c_850backend

Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.

Busaat.az, xəbər verir ki, Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim Natalya Repnikova bildirib ki, müttəhimin ev dustaqlığında keçirdiyi 12 ay təyin edilmiş cəzadan çıxılacaq. Beləliklə, müdafiə tərəfi qərara etiraz etməsə, Navalnı 3,5 ildən az müddətə həbsxanada yatacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90