Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.
Busaat.az xəbər verir ki, yeraltı təkanlar saat 15:47 radələrində qeydə alınıb.
Sakinlərin bildirdiyinə görə, təkanlar 10-15 saniyə davam edib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, martın 16-da yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.