Naxçıvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Busaat.az xəbər verir ki, 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədər açılacaq.
Bu səbəbdən, dekabrın 11-i saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani, Səməd Vurğun və Vüqar Abbasov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.