Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8669
  • 100 RUB2.0809
  • GBP2.2284
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547
  • GEL0.6566
  • 100 KZT0.3732
  • UAH0.0378
  • 100 JPY1.0693
  • CHF2.0244
  • USD1.7000
  • EUR1.8669
  • 100 RUB2.0809
  • GBP2.2284
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547
  • GEL0.6566
  • 100 KZT0.3732
  • UAH0.0378
  • 100 JPY1.0693
  • CHF2.0244
  • USD1.7000
  • EUR1.8669
  • 100 RUB2.0809
  • GBP2.2284
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547
  • GEL0.6566
  • 100 KZT0.3732
  • UAH0.0378
  • 100 JPY1.0693
  • CHF2.0244
  • USD1.7000
  • EUR1.8669
  • 100 RUB2.0809
  • GBP2.2284
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547
  • GEL0.6566
  • 100 KZT0.3732
  • UAH0.0378
  • 100 JPY1.0693
  • CHF2.0244
Gündəm

Nazirlik: Emin Səfərovun ailəsinə mümkün dəstək göstəriləcək

Nazirlik: Emin Səfərovun ailəsinə mümkün dəstək göstəriləcək
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
"Vətən Müharibəsinin iştirakçısı və hazırda da hərbi xidmətdə olan Səfərov Emin Nizami oğlunun Sumqayıt şəhərində yaşayan ailəsi də diqqətimizdədir və çalışacağıq ki, ailəyə mümkün dəstəyi göstərək".   Busaat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. O bildirib ki, nazirliyinin əməkdaşları həmin ailə ilə görüşüb, vəziyyətləri ilə tanış olublar: "Sosial şəbəkədə əsgərimizin qızı Aygülün ürək əməliyyatı keçirməsini əks etdirən şəkli də yayılmışdı və bununla əlaqədar əməkdaşlarımız ilk növbədə onunla maraqlanıblar. Müəyyən olunub ki, həmin uşağın - Aygülün hazırda 12 yaşı var və səhhəti ilə bağlı elə bir narahatlığı yoxdur. O, əslində 8 il əvvəl, 2012-ci ildə ürək əməliyyatı keçirib, şəkil də həmin vaxta aiddir.  Həm də sağlamlıq imkanları məhdud uşaq kimi onunla bağlı ailəyə aylıq müavinət və ona qulluğa görə aylıq ödəniş (200 manat) edilir".   Onun sözlərinə görə, Emin özü hazırda hərbi xidmətdə olsa da, Məşğulluq Mərkəzi tərəfindən hələ bir neçə ay əvvəl operator işi ilə təmin edildiyi şirkətdə iş yeri saxlanılıb, hər ay da maaşı (450 manat) ödənilir: "Həyat yoldaşına da ikinci dərəcə əlilliyi olan şəxs kimi aylıq müavinət (130 manat) verilir. Ailənin ən kiçik usağı isə 2 yaşlı Adəmdir.   Yaxın günlərdə ailəyə birdəfəlik qaydada maddi yardım verilməsi də təmin olunacaq və ailənin yaşayışı diqqətdə saxlanacaq".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=12632