Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.73 $▼2.67%
  • WTI neft88.55 $▲0.24%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.099 $▼1.87%
  • Qızıl3 865 $▼0.12%
  • Gümüş47.44 $▲0.24%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda588.50 ¢▲0.30%
  • Bitcoin64 332 $▼1.51%
  • Ethereum1 799 $▼1.92%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Nazirlik müraciət yaydı

image-fhn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fövqəladə Hallar Nazirliyi (FHN) ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edib.

Busaat.az xəbər verir ki, müraciətdə deyilir:

“Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların müvafiq mütəxəssislərinin attestasiyasını keçirir. Bu səbəbdən, nüvə və radiasiya təhlükəli obyektlərin müvafiq əməkdaşlarının attestasiyadan uğurla keçməsi üçün ixtisas səviyyələrinin artırılması məqsədilə müəssisələr bir sıra hallarda bu sahədə təlimlər keçən təşkilatlara müraciət edirlər. Lakin nəzərə alınmalıdır ki, qanunvericiliyn tələbinə əsasən, radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə təlimlər keçirən fiziki və hüquqi şəxslərin tədris metodikası Agentlik tərəfindən razılaşdırılaraq müvafiq qaydalara uyğun təşkil edilməlidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi ionlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatlara müraciət edərək, bu mənbələrlə çalışan mütəxəssislərin radiasiya mühafizəsi, təhlükəsizlik normaları və qaydaları üzrə ixtisaslarının artırılması üçün yalnız Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış tədris metodikasına malik fiziki və ya hüquqi şəxslərin xidmətlərindən istifadə olunmasını tövsiyə edir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127828