Necati Şaşmaz “Qurdlar Vadisi Xaos”la ekranlara qayıdır-İDDİA

image-alemdar-pbackend

Bir zamanlar gündəmi zəbt edən “Qurdlar Vadisi serialı “Qurdlar Vadisi Xaos adı ilə ekranlara dönməyə hazırlaşır. Busaat.az xəbər verir ki, qarşıdakı aylarda çəkilişlərinin başa çatması gözlənilən serialla bağlı yeni məlumatlar əldə edilib.

Belə ki, serial rəhbərliyinin “Star TV” ilə müqavilə imzaladığı iddia edilib.

Həmçinin, məhşur aktyor Kənan İmirzalıoğlunun da “Qurdlar Vadisi Xaos”da yer alacağı vurğulanıb və aktyorun təklif gələcəyi təqdirdə müsbət cavab verəcəyi bildirilib.

image-kenanNecati Şaşmaz isə serialın yeni bölümləri haqqında bu məlumatları verib: “”Xaos idarəçiliyi” adlı bir ideologiya var. Bu ideologiyada dünyanı xaosa yönəltmək və xaosla idarə etmək nəzərdə tutulur. Biz də xaos idarəçiliyindən necə qurtulacağımızı, necə bir çıxış yolu tapacağımızı izah etməyə çalışacağıq. Xaos vəziyyətində nə əlimizdən alına bilər, nəyə qarşı mübarizə aparmalıyıq, nədən əziyyət çəkə bilərik kimi məsələləri izah edəcəyik”.

“Ssenaridə qlobal hekayələr də yer alacaq. Myanmadan, Əfqanıstana, Makedoniyaya, hətta Amerikaya qədər uzanacaq mövzularımız olacaq”-deyə, Şaşmaz əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki