Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.12 $▼0.75%
  • WTI neft88.09 $▼0.53%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.152 $▼2.41%
  • Qızıl3 881 $▼0.14%
  • Gümüş47.48 $▼3.34%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.25 ¢▼0.84%
  • Bitcoin65 097 $▼0.13%
  • Ethereum1 823 $▼0.23%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Siyasət

Netanyahu Ceyhun Bayramovu qəbul etdi - FOTO

image-595
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Martın 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Busaat.az-a verilən məlumata görə, Baş nazir Binyamin Netanyahu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib.

O, Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlayıb və Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105168