Neymar PSJ-dəki taleyinə aydınlıq gətirdi

image-0bb05238-2f8f-3954-91f4-b20dd5d38947_850-jfifbackend

Fransa PSJ-sinin futbolçusu Neymar klubla müqaviləsinin uzadılma məsələsinə münasibət bildirib.

Busaat.az  ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu sözləşməsinin yenilənməsinin artıq problem olmadığını bildirib.

Braziliyalı oyunçu Parisdə xoşbəxt olduğunu söyləyib: “PSJ ilə müqavilənin uzadılması artıq problem deyil. Parisdə özümü evimdəki kimi hiss edirəm və əvvəlkindən də xoşbəxtəm”.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya “Barselona”sından keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90