“Nitsa”nın hücumçusunun evi soyulub və avtomobili oğurlanıb

“Nitsa”nın hücumçusunun evi soyulub və avtomobili oğurlanıbbackend

Fransanın “Nitsa” futbol klubu və Danimarka yığmasının futbolçusu Dolberq Kasperin “Porsche” markalı avtomobili oğurlanıb və evi soyulub.

Sportfan.az Fransa mətbuatına istinadən xəbər verir ki, oğurluq 22 yaşlı hücumçu milli komandanın düşərgəsində olduğu vaxt baş verib.

Futbolçunun avtomobili Nitsa aeroportuna yerləşdirilib. Oğrular onun evinə maşında qoyub getdiyi cihazın sayəsində girməyi bacarıblar. Cinayətkarlar 2 min avro və bir neçə mobil telefon oğurlayıblar. Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Kasper Dolberqin 2019-cu ildə 70 min avroluq saatı oğurlanıb. Sonradan onun komanda yoldaşlarından biri oğurluq etdiyini boynuna alıb. Dolberq ötən mövsüm “Nitsa”nın heyətində 29 oyuna 12 qol vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki