Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.47 $▼4.33%
  • WTI neft81.74 $▼3.54%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.325 $▲5.15%
  • Qızıl3 745 $▼1.11%
  • Gümüş45.16 $▼1.42%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.25 ¢▼2.97%
  • Bitcoin63 177 $▼2.61%
  • Ethereum1 771 $▼2.83%
  • S&P 5007 354▲0.18%
9°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

"NİYƏ ATILAN "İSGƏNDƏR"LƏR PARTLAMADI?..." - Paşinyan Sarqsyana cavab verib  

image-45c2f1da-d9b3-469b-a0b3-53c167ec8a95
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketindən Azərbaycanın işğal altında olmayan ərazisinə atdıqlarını etiraf edib.

“Report” xəbər verir ki, bunu Nikol Paşinyan “1in.am”a müsahibəsində söyləyib.

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın “İsgəndər” raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə cavabında Nikol Paşinyan deyib: “Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o bu suala cavab versin: Niyə atılan “İsgəndər”lər partlamadı, yaxud məsələn, 10 faizi partladı”.

Ölkənin Müdafiə Nazirliyi baş nazirin “İsgəndər”lə bağlı dediklərini şərh etməkdən imtina edib.

Xatırladaq ki, Serj Sarqsyan müsahibəsində “İsgəndər” raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediklərini bildirmişdi. Müxbirin “düşmənin ərazisinə niyə bu raketi atılmadı” sualına cavabında keçmiş prezidenti deyib: “Cavab zərbədən ehtiyat edildiyi üçün atılmayıb. “İsgəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi”. Serj Sarqsyan müsahibəsində Gəncədə mülki şəxslərin yaşadığı məhəllənin hədəf alındığını etiraf edib.

Separatçıların “baş qərargahının keçmiş rəisi” Movses Akopyanın noyabrın ortalarında istefa verəndən sonra mətbuat konfransında müharibənin təfərrüatları barədə dedikləri Ermənistanda informasiya sahəsində “partlayış” effekti verib. M.Akopyan bildirmişdi ki, Qarabağda “İsgəndər”dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=37482