Nizami rayon Mühafizə İdarəsindən uğurlu əməliyyatbackend

Bu gün səhər saatlarında Nizami rayonu Babək prospekti 65 B ünvanında yerləşən “Koreya ehtiyat hissələri” mağazasına bir nəfər şübhəli şəxs basqın edib.

Busaat.az-ın xəbərinə görə, Nizami rayon Mühafizə İdarəsinə bu barədə məlumat daxil olduqdan sonra ərazi üzrə xidməti yoxlama aparan tağım komandiri, polis kapitanı Akif Yadigarov və 26-88 avtopatrulun əməkdaşları- polis serjantları Pərviz Bayramov və Bəhruz İmanov 30 saniyə ərzində hadisə yerinə çatıb.

Əraziyə baxış keçirilərkən obyektin giriş qapısının açıq olduğu, içəridə bir nəfərin olduğu müəyyənləşdirilib.

Həmin şəxs qaçmaq istəyərkən saxlanılıb.

Saxlanılan şəxs ərazi üzrə Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib. Onun 1999-cu il təvəllüdlü, Yardımlı rayonu Bozayran kənd sakini Hüseyn Dadaşzadə olduğu bəlli olub.

H. Dadaşzadənin hazırda Xətai rayonu Gəncə prospekti ev 15-də kirayə qaldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.