“Oğlum böyük bir futbolçu ola bilər” – Ronaldobackend

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo oğlu Kriştianonun peşəkar futbolçu olmasını istəyir.

Busaat.az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçu “A Bola” nəşrinə açıqlamasında deyib:

“Bəzən kola, qazlı içkilər içir, çipsi yeyir və bunların məni əsəbiləşdirdiyini bilir. Oğluma daha yaxşı olmaq üçün bir qaçışdan sonra soyuq suya girməsini söyləyirəm və “Ata, burada çox soyuqdur” deyir. Bu normaldır, çünki hələ 10 yaşındadır.

Görək, mənim oğlum böyük bir futbolçu olacaqmı. Onda bu potensial var. Sürətli, yaxşı driblinqə sahibdir, amma bu, kifayət deyil. Ona həmişə deyirəm ki, uğur qazanmaq üçün çox çalışmalısan.

Oğlumu futbolçu olmağa məcbur etməyəcəyəm, amma mənim fikrimi bilmək istəyirsinizsə, bunu istəyərəm. Ancaq əsas odur ki, kim olmasından asılı olmayaraq, ən yaxşı olsun”./Qol.az