Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı müzakirə başladıbackend

Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar tarixə təxirə salına bilər. 

Busaat.az xəbər verir ki, yarış təşkilatçıları bununla bağlı müzakirəyə başlayıblar. Turnirin gələn ilə təxirə salınmağı və ya azarkeşsiz keçirilməsi ideyaları var.

Yaponiya hökümətinin qərarı da bu məsələdə önəmli olacaq. Yekun qərarı isə Beynəlxalq Olimpiya Komitəsi verəcək. Daha öncə qurum turnirin planlaşdırılan vaxtda keçiriləcəyini bəyan edib.

Tokio-2020 iyulun 24-dən avqustunda 9-dək baş tutacaq.