Ölkə üzrə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıbbackend

Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma Bakıda qeydə alınıb – 54. 4 faiz.

Busaat.az  xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Abşeronda yoluxma 14.1 faiz, Aranda 10.7 faiz, Gəncə-Qazaxda 7.0 faiz, Lənkəranda 4.0 faiz, Quba-Xaçmazda 2.9 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Dağlıq Şirvanda 1.8 faiz, Yuxarı Qarabağda 1.1 faiz,  Naxçıvanda isə 0.07 faiz təşkil edir.

Ölkəxarici yoluxma 0.8 faizdir.

Ümumi yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.