Ölkədə havanın temperaturu normadan 4,5 dərəcə yuxarı olub

Ölkədə havanın temperaturu normadan 4,5 dərəcə yuxarı olubbackend

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Aran rayonlarında 17-19 dərəcə isti, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb, Naxçıvan MR-da temperatur 18 dərəcəyədək yüksəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90