Bəynəlxalq dərəcəli hakim Orxan Məmmədov Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasında sonuncu dəfə baş hakim kimi meydana çıxacaq.
Busaat.az AFFA-ya istinadən xəbər verir ki, bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən O.Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/2022-ci il mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat ala biləcək.
Xatırladaq ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FIFA referisi 2008-2010-cu illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.