Overçuk: “Regional nəqliyyat əlaqələrinin açılması üçün üç ölkənin baş nazirlərinin müavinləri yenidən görüşəcəklər”

image-aleksey-overcukbackend

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üçün üçtərəfli işçi qrupunun iştirakçıları arasında danışıqlar davam edir. Lakin Azərbaycan və Ermənistan arasında son gərginliyin artması bu fəaliyyətə mənfi təsir göstərir.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

“Əlbəttə, gərginliyin hər hansı bir şəkildə artması həmişə işimizə mənfi təsir göstərir, işimizi ləngidir. Yenidən danışıq masasına oturmaq üçün isə vaxt keçir”, – o söyləyib.

Overçukun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri şərait yetişəndə ​​regionda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə etmək üçün yenidən görüşəcəklər.

Rusiyanın yüksək rütbəli rəsmisi bir müddət əvvəl işçi qrupun son iclasının yekunlarına görə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin qarşısının alınması ilə bağlı razılığa gəlməkdə əsaslı irəliləyiş əldə edildiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki