Pandemiyaya qarşı atılan addımlar qənaətbəxş hesab olunur? – Politoloq rəyi

Pandemiyaya qarşı atılan addımlar qənaətbəxş hesab olunur? – Politoloq rəyibackend

“Söhbət təkcə insanların həyatından yox, həm də xalqın və dövlətin müqəddaratından gedir”.

Busaat.az xəbər verir ki, bunu karantin rejimin iyulun 20-dək uzadılmasına münasibət bildirən politoloq Ərəstun Oruclu qeyd edib.

Politoloqun fikrincə, indiyədək pandemiyaya qarşı mübarizə adı altında atılan addımların maksimum 25-30%-i tələblərə uyğun gəlib:

“Təəssüf ki, yanlış qərarlar, onların qəbulunda strategiyanın olmaması nəticəsində ən pessimist gözləntilər özünü doğrultdu. Bu baxımdan yeni qəbul olunan qərar və qarşıdan gələn 18 gün ərzində insanların sosial durumunun necə olacağı da sual altındadır. Eyni zamanda ictimai nəqliyyatın işləməməsinin həmin müddətdə çörək və digər zəruri ərzaq məhsullarının istehsalı və satışı sahəsində çalışan insanların işinə, hərəkətinə, yerdəyişməsinə necə təsir edəcəyi məlum deyil.

Yoluxma və ölüm saylarının artmasını göstərən statistikaya inansaq, o zaman tibbi xidmətin işinin intensivləşdirilməsi və əhalinin zəruri dərman vasitələrilə təhciz edilməsi üçün ciddi addımlar atılmalıdır. Yoluxmaların minimuma endirilməsi üçün ilk atılmalı addım olan testlərin keçirilməsi istiqamətindəki vəziyyət daha acınacaqlıdır. Pulsuz test demək olar ki, yoxdur. Belə olduğu halda atılan addımların pandemiyaya qarşı mübarizə ilə heç bir əlaqəsi yoxdur və tətbiq olunan bütün inzibati məhdudiyyətlər, qadağalar və cəza tədbirləri tamamilə başqa məqsədlərə xidmət edir.

Baş verənlərin arxasında təsəvvür etdiyimizdən daha pis niyyət və planlar da dayana bilər ki, bunu da heç zaman nəzərdən qaçırmamalıyıq. Çünki söhbət təkcə insanların həyatından yox, həm də xalqın və dövlətin müqəddaratından gedir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90