Paşinyan: “BMT TŞ-da Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi qəbul edir”

image-pasinyanxankendibackend

Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Qarabağın bir daha Azərbaycan ərazisi olduğunu bəyan edib.

Busaat.az  “Ölkə.Az”a istinadən xəbər verir ki, Paşinyan mətbuat konfransında danışıqlar prosesi ilə rəqiblərinin ona qarşı irəli sürdüyü ittihamlarla bağlı bir sıra mətləblərə aydınlıq gətirib.

Paşinyan xüsusilə 2016-cı ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağa aralıq statusu verilməsi təklifinə aydınlıq gətirərək deyib ki, erməni tərəfi bunu fəal şəkildə təbliğ və reklam etdi. “Lakin nədənsə heç kim demir ki, orada da qeyd olunub ki, aralıq statusun dəqiqləşdirilməsi məsələsi BMT Təhlükəsizlik Şurasına verilib. Əgər orada qəbul edilmiş qətnamələri nəzərə alsaq, o zaman Dağlıq Qarabağın hansı dövlətin tərkibində qalacağı bəlli olacaq”, – deyə baş nazir izah edib.

Paşinyan diqqətə çatdırıb ki, hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” formulunu qəbul edib.

Paşinyan onu xatırladıb ki, hələ 2017-ci ildə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan danışıqlar prosesinin dayandığını bəyan etmişdi, çünki Bakının gözləntiləri Yerevan üçün qəbuledilməz idi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90