Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft87.84 $▼5.01%
  • WTI neft81.41 $▼3.93%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.336 $▲5.50%
  • Qızıl3 748 $▼1.02%
  • Gümüş44.97 $▼1.84%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.25 ¢▼2.81%
  • Bitcoin62 641 $▼3.44%
  • Ethereum1 751 $▼3.93%
  • S&P 5007 318▼0.31%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Paşinyan istefa verməli və Ermənistandan getməlidir” – Ter-Petrosyan

image-35c68487-125a-457d-8026-cdb31917c2a5_824
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanda daxili siyasi böhrandan yeganə çıxış yolu Baş nazir Nikol Paşinyanın dərhal istefa verməsidir.

Busaat.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin birinci Prezidenti Levon Ter-Petrosyan bildirib.

Ter-Petrosyan hesab edir ki, Paşinyanın xaricdə müvəqqəti sığınacaq tapması üçün onun toxunulmazlığına təminat verilməlidir.

“Dövlətin, xalqın və şəxsən Baş nazirin maraqlarından irəli gələn yeganə çıxış yolu, zənnimcə, parlament tərəfindən toxunulmazlığa hüquqi təminat verilməklə onun dərhal, könüllü istefası və xaricdə müvəqqəti də olsa sığınacaq almasıdır”, – keçmiş Prezident bildirib.

O qeyd edib ki, bu halda Baş nazirin səlahiyyətləri bitərəf Baş nazirin müavininə verilməlidir, hansı ki, ədalətli seçkilərin keçirilməsini öz bitərəfliyinə görə təmin edə bilər.

Ter-Petrosyanın sözlərinə görə, Baş nazir və onun komandası biabırçı məğlubiyyətə görə məsuliyyətdən qaçmağa çalışan siyasi qüvvədir, dövlətin möhkəmləndirilməsinə qayğı göstərməyi yox, nəyin bahasına olursa – olsun, öz hakimiyyətini tam açıq şəkildə qoruyub saxlamağı rəhbər tutur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=40464