“Paşinyan məndən yox, əsgər analarından qorxsun!”backend

“Səlahiyyətli şəxslərin məndən qorxmaları lazım deyil, biabırçı məğlubiyyətlərindən qorxmaları lazımdır”.

Busaat.az xəbər verir ki, Bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan 168.am-a verdiyi müsahibəsində deyib. O bildirib ki, aksiyalar başlamazdan yarım saat əvvəl dindirilməyə çağırılıb və bu səbəbdən müxalifət mitinqlərində iştirak edə bilməyib“Onlar (Ermənistan hakimiyyəti – red.) ən çox Tsarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Ancaq Tsarukyandan qorxmağa ehtiyac yoxdur. Siyasətlərindən, biabırçı məğlubiyyətlərindən qorxmalıdırlar. Müharibədə iştirak etməyə və qələbəyə cəhd edən bütün dünya ermənilərindən qorxmalıyıq. Ölənlərin və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar”,-deyə Tsarukyan qeyd edib