”Paşinyan partiyasının inamlı qələbə qazandığını görürük” – Dmitri Peskov

image-peskovbackend

“Kreml Ermənistandakı parlament seçkiləri ilə bağlı vəziyyəti yaxından izləyir”.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Yerevandan gələn məlumatları çox yaxından izləyirik, Ermənistanın Mərkəzi Seçki Komissiyasından bu seçkilərin baş tutması barədə xəbəri alqışlayırıq. Əlbəttə ki, Paşinyan partiyasının inamlı qələbə qazandığını görürük”, – deyə Peskov əlavə edib.

Onun sözlərinə görə, Kreml erməni xalqının verdiyi qərarın ölkənin davamlı inkişaf yoluna girməsinə kömək etməsini arzulayır.

Qeyd edək ki, MSK-nın açıqladığı məlumata görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.

“Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.

Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki