
Paşinyan türkiyəli professora nazir postu təklif edib
Ermənistanın Baş naziri vəzifəsini icra edəın Nikol Paşinyanın türk professora nəzir vəzifəsi təklif etdiyi iddia edilir.
Busaat.az xəbər verir ki, iddiaya görə, Paşinyan erməni əsilli Türkiyə vətəndaşı, Masaçusets Texnoloji İnstitutunun professoru Daron Acemoğlunu Ermənistanın İqtisadiyyat Naziri vəzifəsinə dəvət edib.
İddia olunur ki, Paşinyan iki il əvvəl də Acemoğluna eyni təklifi edib, lakin professor Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələrin olmamısını səbəb götərərək bu təklifi geri çevirib.
İddianın doğrulanacağı təqdirdə Daron Acemoğlunun Paşinyana yeni reallıqlar zəmnində hansı cavabı verəcəyi də maraq doğurur.
Emin























