Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.47 $▼4.33%
  • WTI neft81.74 $▼3.54%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.325 $▲5.15%
  • Qızıl3 745 $▼1.11%
  • Gümüş45.16 $▼1.42%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.25 ¢▼2.97%
  • Bitcoin63 177 $▼2.61%
  • Ethereum1 771 $▼2.83%
  • S&P 5007 354▲0.18%
9°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu

image-1614230230_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən kənarlaşdırıb.

Bu barədə Ermənistan Prezidentinin saytında məlumat yayılıb.

Qeyd edək ki, bundan əvvəl N.Paşinyan “1in.am” saytına verdiyi müsahibəsində ötən payızda Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı “İskəndər” taktiki raket komplekslərindən istifadə edilməsi və onun “partlamaması” və ya “10% partlaması” barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş prezident Serj Sarqsyanın “hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin “İskəndər”dən istifadə etməli olduğuna” dair ittihamına cavab vermişdi.

Erməni mətbuatında yer alan məlumata görə, T.Xaçatryanın “İskəndər” taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ saldığı bildirilir.

“yerevan.today” onlayn-resursu öz yazısında bildirib ki, T.Xaçatryan, Paşinyanın da dediyi kimi, “İskəndər” raketinin doğrudanmı 10% partlaması ilə bağlı suala istehza ilə cavab verib: “Əlbəttə mümkün deyil… Necə?… “İskəndər”?… Bir atəş?… 10%?… Bağışlayın, amma bu qeyri-ciddidir”.

Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar.//APA

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=37621