Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 829 $▲0.52%
  • Ethereum2 267 $▲0.63%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.8945
  • 100 RUB2.1118
  • GBP2.2645
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6554
  • 100 KZT0.3733
  • UAH0.0373
  • 100 JPY1.0772
  • CHF2.0518
  • USD1.7000
  • EUR1.8945
  • 100 RUB2.1118
  • GBP2.2645
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6554
  • 100 KZT0.3733
  • UAH0.0373
  • 100 JPY1.0772
  • CHF2.0518
Siyasət

Paşinyanı Konstitusiya dəyişikliyi, sülh sazişi maraqlandırmır: Baş nazir bir növ göstərmək istəyir ki...

image-ksonnnjpg-1733396221
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 “Nikol Paşinyan öz hakimiyyətini möhkəmləndirmək və uzunmüddətli etmək, əleyhdarlarını təmizləmək siyasətini həyata keçirir”.

Busaat.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Ekspert bildirib ki, Ermənistan hökumətinə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyanı dəyişdirmək üçün 2027-ci il tarixi elan olunub:

“Tutaq ki, həmin ildə Ermənistanda Konstitusiya dəyişikliyi olacaq, erməni xalqı “hə”, yaxud “yox” deyəcək. Hələlik nəticəni bilmirik. Amma 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək. Paşinyan Konstitusiya dəyişikliyinə getmək üçün əvvəlcə öz kreslosunu qorumaq və özünə qarşı təzyiqləri daha sərt formada yatırtmaq məqsədi güdür. Yəni Paşinyan ilk növbədə özünü, öz hakimiyyətini düşünür. Konstitusiya dəyişikliyini, sülh sazişini, birgəyaşayı düşünmür. Bir növ göstərmək istəyir ki, hakimiyyətini möhkəmləndirəndən sonra istənilən ssenariyə hazır olacaq. Gələcəkdə kənar geosiyasi oyunçular regionda etiraz dalğasını gücləndirərlərsə, keşiş kimi fiqurları yenidən ortaya atarlarsa, buna hazır olmaq lazımdır”.

Müsahibimizə görə, digər tərəfdən Paşinyan ayrı-ayrı geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirir. Hansısa geosiyasi sifarişlərin planlarına alət olmağa razılıq verir. Politoloqun fikrincə, Polşa prezidenti Andjey Dudanın şərti sərhədlərə gəlişi təsadüf deyildi:

“Baltikyanı ölkələrin, Şərqi Avropa blokunda yer alan post-sovet şinelindən çıxmış dövlətlərin Rusiya və Belarusa qarşı davranışlarını görürük, məqsədlərini bilirik”.

İlyas Hüseynov: Polşa prezidentinin şərti sərhədlərə gəlişi təsadüf deyildi

Analitik hesab edir ki, Fransa və Hindistanın Ermənistana silahlar verməsindən sonra Yunanıstanın da prosesə qoşulması təsadüfi deyil:

“Nəzərə alaq ki, bu silahlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu. Ukrayna silahlardan imtina etdikdən sonra qeyd olundu ki, bu silahlar Ermənistana hədiyyə olunacaq, yaxud satılacaq. Söhbət “Favorit S300” və “OSA” zenit-raket komplekslərindən gedir. Bunlar bölgədəki təhlükəsizlik təhdidlərini artıran hücum silahları və hava hücumundan müdafiə sistemləridir. Məqsəd Ermənistanın xeyrinə güc balansını dəyişdirməkdir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154876