Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.01 $▼3.74%
  • WTI neft82.24 $▼2.95%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.405 $▲7.69%
  • Qızıl3 730 $▼1.49%
  • Gümüş44.90 $▼2.00%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 703 $▼3.34%
  • Ethereum1 756 $▼3.67%
  • S&P 5007 328▼0.17%
8°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Polkovnik Viktor Baranets: “Ermənistandan qoşunları çıxarmaq barədə düşünmək vaxtıdır...”

image-5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın bu günlərdə həmin ölkədə nəşr olunan “Weekblad Elseveir” nəşrinə müsahibəsində müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə müsbət yanaşması Rusiya hərbi ekspertlərini hiddətləndirib.  “Komsomolskaya Pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik Viktor Baranets Ermənistan dairələrinin antiRusiya bəyanatlarının bu ölkəni indiki mürəkkəb situasiyada Rusiyanın dəstəyindən məhrum edə biləcəyini deyib.

Baranets xatırladıb ki, bundan əvvəl Ermənistan rəsmən Rusiya silahlarının yararsız olduğu haqda danışıb və KTMT çərçivəsindəki öhdəliklərinə baxmayaraq Rusiya silahlarından imtina edə biləcəyini deyib. “Müttəfiqciyəzdir, deyilənə görə. Hansı ki, biz qoruyuruq”,-o “Komsomolskaya Pravda” radiosunun efirindəki müzakirələr zamanı hiddətini ifadə edib.

Digər hərbi ekspert Mixail Timoşenko isə yada salıb ki, Ermənistan Rusiyanın Qarabağda onun əvəzindən döyüşməsini arzu edirdi. “Hələ biz onların əvəzinə Qarabağda da döyüşməli idik”,-ekspert ironiya ilə bildirib.

Polkovnik Baranets əlavə edib ki, Tiqran Balayanın çıxışına bənzər çıxışlar Ermənistanın Rusiyanın müttəfiqi kimi etibarsız olduğunu göstərir. Ona görə də Moskva müvafiq nəticələr çıxarmalıdır və müttəfiqlik öhdəliklərindən imtina imkanlarını nəzərdən keçirməlidir. Ermənistandan qoşunlarını çıxarmaq və oradakı baza saxlamaqdan imtina etmək də daxil olmaqla. “Ermənistan üçün bunun hansı nəticələri olacaq, qoy bunu Yerevanda düşünsünlər”,-Baranets bildirib.

“Qorxuram ki, bazanın oradan çıxarılmasını indidən planlaşdırmaq lazımdır. Hər ehtimala qarşı. Qoy məni müvafiq orqanlar tənbeh etsinlər, amma dediklərim çox ciddi siqnaldır. Düşünmək lazımdır”,-rusiyalı polkovnik əlavə edib.

virtualaz.org

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=34732