“Ukrayna prezidenti Volodimir Zelenskinin Almaniyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü etmək təklifi rədd edilməlidir”.
Busaat.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik X sosial şəbəkəsində yazıb.
Onun fikrincə, Almaniya “İkinci Dünya Müharibəsi zamanı Polşaya və digər xalqlara, o cümlədən Ukraynaya qarşı törətdiyi quldurluq və hərbi cinayətlərin əvəzini heç vaxt ödəməmiş və buna görə də dünyada sülh və təhlükəsizliyin təminatçısı ola bilməyən ölkədir.
“Bu, göz qabağındadır” , – Mularçik qeyd edib.
2022-ci il sentyabrın 1-də Polşa hakimiyyəti 1939-1945-ci illərdə faşist Almaniyasının işğalı nəticəsində Polşanın vurduğu itkilər haqqında üç cildlik hesabat təqdim etdi. Zərər 6,2 trilyon zloti (1,3-1,5 trilyon dollar) həcmində qiymətləndirilib. Ötən il oktyabrın 3-də Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan təzminat ödəməsini tələb edən nota imzalayıb.
Almaniya hökuməti dəfələrlə qeyd edib ki, Polşa 1953-cü ildə təzminatdan rəsmən imtina etdiyinə görə onun ödəniş etmək üçün heç bir səbəbi yoxdur.
Zelenski çərşənbə günü Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında Almaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına daxil edilməsi təklifi ilə çıxış edib.