Premyer Liqada koronavirusa 5 yeni yoluxma

Premyer Liqada koronavirusa 5 yeni yoluxmabackend

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivindən götürülən sonuncu koronavirus testlərinin nəticələri açıqlanıb.

Busaat.az  xəbər verir ki, geridə qalan həftə ərzində elita təmsilçilərində koronavirusa 5 yoluxma faktı qeydə alınıb.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə 5-11 oktyabr aralığında 1128 nəfərdən koronavirus testi götürüldüyü, yalnız 5 nəfərdə yoluxma qeydə alındığı diqqətə çatdırılıb.

Həmin şəxlərin hansı klubdan olması və kim olduqları açıqlanmayıb. Qaydalara əsasən, onların hamısı 10 günlük karantinə alınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90