Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.91 $▼3.85%
  • WTI neft82.10 $▼3.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.366 $▲6.45%
  • Qızıl3 732 $▼1.46%
  • Gümüş44.98 $▼1.81%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 728 $▼3.31%
  • Ethereum1 755 $▼3.70%
  • S&P 5007 320▼0.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Siyasət

Prezident Fərman imzaladı

image-18
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev “Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi”ni təsdiq eedib, eləcə də bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edib.

Busaat.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Nazirlər Kabineti Əsasnaməyə uyğun olaraq turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi qaydalarını altı ay müddətində təsdiq edib ölkə Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Dövlət Turizm Agentliyi isə Əsasnamədə nəzərdə tutulmuş normativ hüquqi aktları altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

“Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi” “Turizm haqqında” qanuna uyğun olaraq hazırlanıb, turizm və rekreasiya zonalarının yaradılması, idarə edilməsi, turizm mərkəzlərinin formalaşdırılması, eləcə də turizm mərkəzlərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=144430