Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

image-660e9741bd0db660e9741bd0dc1712232257660e9741bd0d9660e9741bd0dabackend

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az  President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam”.

Bundan başqa, Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin də dövlətimizin başçısını təbrik edib:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırıram.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir”.

14:47

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

14:42

Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərin səviyyəsini, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində ortaq maraqlarımızı yüksək qiymətləndirir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

14:39

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu yaxınlarda Azərbaycanın və Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlmələri ümid mənbəyidir və biz perspektiv vəd edən bu inkişafı alqışlayırıq. Biz yalnız Ermənistanla müqavilənin mümkün qədər tez imzalanmasını təşviq edə və bununla da hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı üçün bu münaqişəni qəti şəkildə başa çatdıra bilərik.

Fürsətdən istifadə edərək, Sizin və ailənizin rifahı, eləcə də Azərbaycan xalqının əmin-amanlığı və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki