“Prezidentin çıxışı Azərbaycan hakimiyyətinin ölkəni idarəetməsində yeni başlanğıc ola bilər”

image-ilham-3backend

“Prezident İlham Əliyevin YAP-ın qurultayındakı çıxışını 3 istiqamətə bölmək olar. Birinci xarici, ikinci daxili, üçüncü isə Qarabağla bağlı istiqamət”.

Bu sözləri Busaat.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullzadə deyib.

“Xarici siyasətlə bağlı istiqamət bu idi ki, Azərbaycanın regionda artan rolu, Avropa İttifaqı ilə Azərbaycanın regional çərçivədə əməkdaşlığı, həmçinin, enerji təchizatı sahəsində Azərbaycanın uğurlu siyasəti nəzərdə tutulurdu. Daxili siyasətlə bağlı fikirlərdə isə Azərbaycanda demokratiyanın inkişafı, islahatlar, müəyyən partiyalarla əməkdaşlıq, müxalifətə mesajlar nəzərdə tutulurdu. Qarabağla bağlı istiqamətə gəldikdə isə, Prezident Qarabağda infrastukturun yenidən qurulması, Ermənistana verilən mesajlar və s. bağlı konseptual olaraq çıxış elədi”-deyə, analtik bildirib.

Onun sözlərinə görə, Prezidentin çıxışı bundan sonrakı proseslərdə Azərbaycan hakimiyyətinin ölkəni idarəetməsində yeni başlanğıc ola bilər: “Həmçinin, ölkə başçısı çıxışında hakimiyyətin bütün spektrlarında islahatların anonsunu da verdi. Düşünürəm ki, ölkə başçısı bir daha hakimiyyətdə və dövlət idarəçiliyndə təmsil olunan məmurlara ciddi xəbərdarlıq etməklə, bütövlükdə ölkədə öz nəzarəti alıntda yeni bir sistemin formalaşması və ölkənin inkişafına tövhə verəcəyini açıq şəkildə qeyd elədi. Əlbəttə ki, bu çıxışda diqqət çəkən məqamlardan bir neçəsi də Azərbaycan hakimiyyətinin xalqın sosial və iqtisadi rifahının yaxılaşdırılmasını, siyasi islahatların davam etdirilməsini, həmçinin ordu quruculuğu məsələsinə toxunulması oldu”.

“Bildiyimiz kimi, Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması və bundan sonra siyasi müstəvidə Azərbaycanın regionda və tərəfdaş ölkələrlə yeni əməkdaşlıq formatı yaratması Prezidentin xarici siyasətinin əsas prioritetlərindən biridir. Ki, bu istiqamətdə də önəmli mesajlar verildi. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub ki, məhz Prezident də bu mərhələdə yeni çağırışlara əsasən öz siyasi strategiyasını müəyyən edib və bunun müəyyən nişanələrini də bu qurultayda elan elədi. Düşünürəm ki, bundan sonra da çevik və effektli idarəetmə sisteminə keçid ediləcək. Ki, verilən mesajların tərkibində də bu dayanırdı”-deyə, Əsədullzadə fikrini yekunlaşdırıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90