“PSJ” bu yay Mbappeni 250 milyon avroya satmağa hazırdır

image-mbappebackend

“PSJ” fransalı hücumçu Kilian Mbappeni yay transfer pəncərəsində satmağa hazırdır.

Busaat.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbə bildirir ki, parislilərin rəhbərliyi futbolçunu 250 milyon avroya buraxacaq. Qeyd edilir ki, “PSJ” hələ də “Real Madrid”dən təklif gözləyir.

Xatırladaq ki, Mbappenin 2024/2025 mövsümü üçün “PSJ” ilə müqavilənin avtomatik uzadılması variantından imtina etdiyi və 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, hücumçu bu yay transfer pəncərəsində “Real Madrid”ə keçmək istəyir. Mbappe özü isə növbəti mövsümü “PSJ”də keçirməyi planlaşdırdığını iddia edir.

24 yaşlı forvard bu mövsüm Fransa klubunun heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki