“PSJ” Mbappe ilə müqaviləni uzada bilər

image-mbappebackend

“PSJ”də hücumçu Kilian Mbappe ilə müqavilənin uzadılması ilə bağlı müsbət fikirlər ortaya çıxıb.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Andres Onrubia özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, son vaxtlar “PSJ” və Mbappenin mövqeləri yaxınlaşıb. Ola bilər ki, tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilsinlər.

Xatırladaq ki, Mbappe əvvəllər Fransa çempionatının ilk turunun “Loryen”lə (0:0) matçı üçün parislilərin iştirak ərizəsinə daxil edilməyib.

Daha əvvəl bildirilmişdi ki, 24 yaşlı Mbappe 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin sonuna kimi “PSJ”dən ayrılmamaq barədə son qərarı verib. Bu yay satmasalar, klubun onu mövsüm boyu əsas komandadan uzaqlaşdıracağı bildirilir.

Mbappe ötən mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki