“PSJ”nin prezidenti Nasser Al-Xelaifi parisli hücumçu Kilian Mbappenin gələcəyi ilə bağlı sualı cavablandırıb.
Busaat.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
“Kilianla çox yaxşı müzakirələrimiz oldu. O, böyük oyunçu, böyük şəxsiyyət və peşəkardır. Onunla yeni müqavilə? Bu haqda danışmaq istəmirəm. Mbappe “PSJ”nin oyunçusudur”, – deyə o bildirib.
Xatırladaq ki, bu yay məlum olmuşdu ki, 24 yaşlı Mbappe 2024/2025 mövsümü üçün Fransa klubu ilə müqavilənin avtomatik uzadılması variantından imtina edib. Bu da hücumçunun bu yay və ya bir il sonra klubdan gedəcəyi ilə bağlı şayiələrə səbəb olub.
Qeyd edək ki, Mbappenin “PSJ” ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
Transfermarkt onlayn portalı hücumçunu 180 milyon avro dəyərində qiymətləndirir.