Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 500 $▲2.17%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Putin və Ərdoğan Ukrayna və Suriyanı müzakirə ediblər

image-erdogan-putin-aa-1890963_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya və Ukrayna insan haqları komissarlarının Ankaradakı son təmaslarını nəzərə alaraq, əsirlərin, xüsusilə də yaralıların mübadiləsi məsələsinə toxunulub. Vladimir Putin diqqəti Qərbin dəstəyi ilə hərbi əməliyyatların intensivləşdirilməsi, ötürülən silah və hərbi texnikanın həcminin artırılması ilə məşğul olan Kiyev rejiminin dağıdıcı siyasətinə yönəldib. Ukrayna hökumətinin ikiüzlü siyasətinə misal olaraq onun Pravoslav Milad bayramı zamanı atəşkəs təklifini rədd etməsi diqqətə çatdırılıb.

Tərəflər Qara dəniz limanlarından Ukrayna taxılının ixracı və Rusiyadan ərzaq və gübrə tədarükünün reallaşması ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişlərinin icrasını nəzərdən keçiriblər.

Həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması, o cümlədən Ankaranın Rusiya, Türkiyə və Suriya nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrə başlamaq təşəbbüsü müzakirə edilib. Liderlər eyni zamanda, Suriyada vəziyyətin nizamlanmasına kömək üçün Astana formatı çərçivəsində Rusiya, Türkiyə və İranın birgə fəaliyyətinin praktiki əhəmiyyətini qeyd ediblər.

İki ölkə liderləri Rusiya-Türkiyə əməkdaşlığının hərtərəfli inkişafına sadiq olduqlarını bir daha təsdiq ediblər. Prioritetlər arasına enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması daxildir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97250