Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.73 $▼4.04%
  • WTI neft81.92 $▼3.33%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.365 $▲6.42%
  • Qızıl3 733 $▼1.42%
  • Gümüş44.98 $▼1.82%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda587.00 ¢▼3.02%
  • Bitcoin62 749 $▼3.27%
  • Ethereum1 759 $▼3.50%
  • S&P 5007 326▼0.20%
8°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Qadağaya baxmayaraq, ermənilər türk mallarını gizlin idxal edirlər

image-turkey-armenia
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanda bəzi idxalçılar 1 yanvardan bəri qüvvədə olan qadağaya məhəl qoymayaraq hələ də türk mallarını ölkəyə gətirməyə cəhd göstərirlər.

Busaat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin Gömrük Nəzarəti İdarəsinin rəisi Artem Karapetyan mətbuat konfransında məlumat verib.

“Bu cür cəhdlər baş verib, ancaq onları dayandırdıq və idxalını qadağan etdik. Malları ölkəyə hansı yollarla gətirmək istədiklərini və hansı riskləri gözləməli olduğumuzu bilirik”,- deyə Karapetyan qeyd edib.

Karapetyan həmçinin, türk mallarının hələ də Ermənistanda satıldığını açıqlayıb. Belə ki, 2020-ci ilin sonuna qədər bir çox mağaza və satış nöqtəsi türk geyimləri, məişət kimyəvi maddələri və digər mallar idxal edib. O, sahibkarların əllərindəki bu malları sata biləcəklərini, ancaq artıq yeni mallar idxal edə bilməyəcəklərini deyib.

Xatırladaq ki, son illərdə Ermənistan Türkiyədən ildə 250-270 milyon dollar dəyərində mal idxal edib. 2020-ci ilin oktyabrında Türkiyə Dağlıq Qarabağdakı döyüşlərdə Azərbaycana göstərdiyi siyasi dəstək səbəbindən Ermənistan hökuməti 2021-ci ilin yanvarından 6 ay müddətinə türk mallarına embarqo qoyub. Bu yaxınlarda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu qadağanın uzadılmasının tərəfdarı olduğunu bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=36670